Avropa İttifaqı süni intellekt haqqında qanunu təsdiqlədi

Avropa İttifaqı süni intellekt haqqında qanunu təsdiqlədi

Avropa İttifaqı martın 13-də dünyada süni intellektə ən ciddi məhdudiyyətləri tətbiq edən süni intellekt haqqında qanun qəbul edib.

 

Avropalı qanunvericilər etiraf qanunun hələ də düzəlişə ehtiyacı olduğunu desə də,Aİ Avropa Komissiyasının tərkibində müstəqil qurum olan Süni İntellekt Ofisi yaratmalıdır.


Sfera.az bildirir ki, süni intellekt haqqında qanun Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. 

 

Agentliyin qeyd etdiyi kimi, qanunun əsas məqsədi süni intellektin tətbiqi ilə bağlı tərtibatçılar və mütəxəssislər üçün aydın tələb, öhdəliklərin müəyyən edilməsidir.
Qanun Aİ-yə üzv dövlətlər tərəfindən imzalandıqdan və Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Hazırda Avropa Parlamentinin 523 üzvü yeni tənzimləyici qaydaların qəbulunun lehinə, 46-sı əleyhinə, 49-u isə bitərəf qalıb.


Eyni zamanda, qanunun qəbulu texnologiya şirkətlərinin məhdudiyyətlərin həddən artıq uzağa getməsindən narahat olduğu bir vaxtda baş verir. Təkcə onlar deyil, bəzi Aİ ölkələri də yeni qaydalara qarşıdır. Məsələn, Fransa Almaniya ilə birlikdə məhdudiyyətlərin yumşaldılmasını istəyib.

 

Yeni qaydalar nəyi təmin edir?

 

Sənəddə yer alan yeni qaydalar süni intellektin vətəndaşların hüquqlarını təhdid edən müəyyən tətbiqləri qadağan edəcək. Xüsusilə, biometrik təsnifat, eləcə də sifətin tanınması məlumat bazaları yaratmaq üçün İnternetdən üz təsvirlərinin və ya müşahidə kameralarından qeydlərin məqsədsiz çıxarılması bu qadağalara aiddir. 

 

Qanun həmçinin iş yerlərində və məktəblərdə emosiyaların tanınması üçün süni intellektin istifadəsini qadağan edəcək və iş müraciətlərinin çeşidlənməsi kimi vəziyyətlərdə tətbiqi məhdudlaşdıracaq.


Süni intellekt qanununun perspektivləri

 

Avropa qanunvericiləri qanunun hələ də üzərində işləməyə ehtiyacı olduğunu etiraf edirlər. Buna nail olmaq üçün Avropa İttifaqı Avropa Komissiyasının tərkibində müstəqil qurum olan Süni İntellekt Ofisi yaratmaq istəyir.


Xatırladaq ki, ötən ilin dekabrında Aİ siyasətçiləri Süni İntellekt Qanunu ilə bağlı siyasi razılığa gəliblər və süni intellektin tənzimlənməsinə dair ilk paktı qəbul ediblər. Bu blokun yeni texnologiyalarına dair ilk cəhdi olub. Danışıqlar 36 saat davam edib. Qanun mürəkkəb olduğundan, siyasətçilər onu texniki cəhətdən təkmilləşdirmək üçün vaxta ehtiyac duyacaqlar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...