Rusiyanıın Ukrayna ilə danışıqlar aparılmasının şərtləri AÇIQLANDI

Rusiyanıın Ukrayna ilə danışıqlar aparılmasının şərtləri AÇIQLANDI

Moskva və Kiyev arasında danışıqlara başlamaq üçün hər hansı təklifdən əvvəl Ukrayna lideri Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə dialoqun mümkünsüzlüyü barədə fərmanı ləğv edilməlidir.
 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 

Belə ki, diplomat jurnalistlərin İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna sülh formulu konfransına Rusiya Federasiyasının mümkün dəvəti ilə bağlı sualını cavablandırıb. Zaxarova diqqətə çatdırıb ki, Rusiya rəhbərliyi münaqişənin həlli üçün danışıqlara açıq qalır, lakin ölkə rəsmi dəvət olsa belə, sözügedən konfransda iştirak etməyi planlaşdırmır.
 

"Danışıqlar üçün hər hansı məsuliyyətli təklifdən əvvəl Zelenskinin onların aparılmasını qadağan edən fərmanı ləğv edilməli, Ukraynaya silah tədarükünü dayandırmalı və müasir reallıqları və Rusiyanın qanuni maraqlarını nəzərə almağa hazır olduğuna dair aydın siqnallar verilməlidir", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
 

O eyni zamanda qeyd edib ki, Moskva “ultimatum dilini” qəbuledilməz hesab edir.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR