Nümayəndələr Palatası TikTok-u qadağan etdi

Nümayəndələr Palatası TikTok-u qadağan etdi

ABŞ Nümayəndələr Palatası ölkədə TikTok qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verib. 

 

Sfera.az xəbər verir ki, Nümayəndələr Palatası ABŞ-da TikTok-a qadağa qoyub. 


Video xidmətinin ABŞ-da qadağan olunmasına demək olar ki, bir addım qalıb. Qanun layihəsi yuxarı palata tərəfindən də qəbul edilməlidir. Prezident Co Bayden artıq qanunu imzalayacağını bildirib.

 

Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlər dəfələrlə Çin şirkətinə məxsus video xidmətin ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratdığını bildiriblər. Qanun layihəsinin lehinə 352 konqresmen səs verib, 65-i isə əleyhinə olub. İndi qanun layihəsi Senata göndəriləcək.


"Kommunist Çin Amerikanın ən böyük geosiyasi düşmənidir və texnologiyadan Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir"-deyə Spiker Mayk Consonun səsvermədən sonra bildirib. O xatırladıb ki, TikTok ABŞ məlumatlarına daxil olmaq və zərərli məlumat yaymaq üçün istifadə edilir.


50 demokrat və 15 respublikaçı qanun layihəsinin əleyhinə səs verib. Onların arasında, xüsusilə, Donald Trampın məşhur tərəfdarı, Corciyadan olan Marjorie Taylor Greene də var. 

 

Çinin ana şirkəti “ByteDance”ə məxsus olan “TikTok” isə bu qanun layihəsinin 170 milyon ABŞ istifadəçisinin hüquqlarını pozacağını və ona güvənən minlərlə kiçik biznesmenlərə zərər verəcəyini iddia edərək, qanun layihəsinin qəbulunu dayandırmağa çalışır. Şirkət artıq aqressiv lobbiçilik kampaniyasına başlayıb. Qanun layihəsində şirkətin videoservisinin dayandırılması təklif edilir, əks halda “TikTok” ABŞ-da qadağan olunacaq.

 

“TikTok” tərəfdarları isə mitinq ediblər. Mitinqdə “Love and Pebble” adlı dəriyə qulluq şirkətinin sahibi Paul Tran həyat yoldaşı ilə birlikdə çıxış edib:

 

“Siz bizim kimi kiçik biznesləri məhv edəcəksiniz, bu bizim dolanışıq mənbəyimizdir”-deyə Kapitoldakı mitinqdə bildiriblər.


İş adamı “TikTok Shop” gələnə qədər onların biznesi demək olar ki, bağlanmışdı. O, indi biznesinin 90%-nin proqramdan gəldiyini deyir.


Etirazlara baxmayaraq, qanun layihəsi Nümayəndələr Palatasından keçərək,Demokratların rəhbərlik etdiyi Senata təqdim ediləcək. Prezident Co Bayden bildirib ki, qanun layihəsi onun masasına çatdıqda, dərhal imzalayacaq.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...