Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır

Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır

Martın 16-sı, saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.

 

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, Azərbaycanda daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.

 

Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.

 

Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.

 

Buna qədər 2023-cü ilin mayın 15-də saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə bir saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.

 

Qeyd edək ki, Zaqafqaziyada ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.

 

Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.

 

Bildirilib ki, DVB-T ilə müqayisədə təxminən 50% daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...