Pentaqon da RAZILAŞDI: “ATACMS” raketləri Ukraynaya göndərilir? 

Pentaqon da RAZILAŞDI: “ATACMS” raketləri Ukraynaya göndərilir? 

Pentaqon Ukraynanı uzun mənzilli “ATACMS” raketləri ilə təmin etməyə hazırdır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Wall Street” jurnalı yazıb.

 

Qəzet qeyd edir ki, Pentaqon əvvəllər ABŞ ordusunun öz hərbi ehtiyacları ilə bağlı olaraq “ATACMS” raketlərinin Ukraynaya verilməsinə qarşı idi. Lakin indi ABŞ Müdafiə Nazirliyi “Dəqiq Zərbə Raketi” adlandırılan sistemin əldə olunduğu üçün  “ATACMS” raketlərini  verməyə hazırdır. Yenə də rəsmilər ABŞ Prezidenti Co Baydenin bu addımı təsdiq edib-etməyəcəyini söyləməkdən imtina ediblər.

 

Dünən Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ukraynaya daha 300 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Sallivan əlavə edib ki, “ATACMS” ilə bağlı deyəcəyi dəqiq bir şey yoxdur.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR