Dünyada süni intellektlə bağlı ilk qanun qəbul edildi
Avropa İttifaqı Parlamenti dünyada ilk dəfə olaraq süni intellektlə bağlı münasibətləri tənzimləyən qanun layihəsini qəbul edib.
Sfera.az xəbər verir ki, süni intellekt sahəsi üçün təfərrüatlı qayda hazırlayan Avropa İttifaqı Parlamenti yeni texnologiyaların tənzimlənməsinə aktiv müdaxiləsini davam etdirir.
Parlamentin bəzi üzvləri hesab edir ki, hazırlanan qanunvericilik sənədi son dərəcə müsbətdir. Amma millət vəkilləri qanunun tətbiqi zamanı çətinliklərin yaranmasından narahatdır.
Yeni qanun 2025-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Qəbul edilən qanunun məzmunu göstərir ki, Avropa süni intelektin inkişafında digər rəqiblərinə hər hansı maneəçilik yaratmaq fikrində deyil, əksinə rəqabət mühitinin inkişafına şərait yaradacaq. Avropa İttifaqında süni intelekt sənayesi Almaniya və Fransada daha böyük sürətlə inkişaf edir. Avropadan kənarda isə Çin və ABŞ süni intelektin istehsal və xidmət sektorlarında tətbiqində qabaqcıl mövqedədirlər.
Yeni qanun Avropa İttifaqının bu ölkələrlə əməkdaşlıq və rəqabət imkanlarına məhdudiyyət gətirməyəcək.
Vasif