Şokoladın qiyməti BAHALAŞACAQ 

Şokoladın qiyməti BAHALAŞACAQ 

Qərbi Afrikada fasiləsiz leysan yağışlarının müşahidə edilməsi kakao qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. Havaların yağışlı keçməsi limanlardan tədarükü çətinləşdirib və bu, ciddi qiymət artımlarına gətirib çıxarıb. 


Sfera.az xəbər verir ki, Nyu-York birjasında kakao qiymətləri rekord həddə çatıb. İlk dəfə olaraq kakaonun bir tonunun qiyməti 7000 dolları keçərək 7200 dollara çatıb. Bir il əvvəl kakaonun tonunun qiyməti 2600-2700 dollar idi. 


Dünyada ən böyük kakao istehsalçılarından olan Fil Dişi Sahili və Qanada istehsal əlverişsiz hava şəraiti və ağacların yaşlanması səbəbindən azalır. Kakaonun bahalaşması şokoladın da bahalaşmasına əsas yaradır. Çünki kakao şokolad istehsalında əsas xammal kimi istifadə edilir. 


Kakao ilə yanaşı şəkərin də qiyməti artır. Şəkərin hazırki qiyməti son 5 ilin orta qiymətindən 25 faiz yüksəkdir.Hər iki əsas xammalın bahalaşması şokolad istehsalçılarına qiymətləri artırmaq yönünündə təzyiqi gücləndirir.


Vasif


OXŞAR XƏBƏRLƏR