İranda tonqal faciəsi: 15 nəfər öldü

İranda tonqal faciəsi: 15 nəfər öldü

İranda bu il Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbə mərasimlərində 15 nəfər həyatını itirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran rəsmiləri bildirib. 

 

Novruz bayramı adətlərinə görə, martın 20-21-nə qədər 4 çərşənbə axşamında tonqallar qalanır. 

 

İranın fövqəladə hallar departamentinin rəhbərinin sözlərinə görə, builki çərşənbələrdə yaralananların sayı keçən illə müqayisədə 24 faiz artıb.  152 adamın əl və ya ayağı amputasiya edilib, 700-ə yaxın insanın gözləri zədələnib.  Yaralananların 15 faizi isə yoldan keçənlər olub. Hətta ötən illərdə İranda bir çox mədəniyyət qurumları bayramın keçirilmə üsulu ilə bağlı xəbərdarlıq da edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR