"Çelsi" futbolçularını Səudiyyə Ərəbistanı klublarına satacaq

"Çelsi"nin sahibi Todd Boehli Səudiyyə Ərəbistanına səfər edib.

 

Sfera.az bildirir ki, səfərin əsas məqsədi "Riyadh Air" və digər yerli şirkətlərlə potensial sponsorluqla bağlı danışıqlar olub.Buna əsasən növbəti mövsümdən etibarən klubun formalarına loqo yerləşdirilməsi də nəzərdə tutulur.

 

Digər bir səbəbin isə klubun oyunçularını Səudiyyə Ərəbistanı klublarına sataraq gəlir əldə etmək olduğu bildirilib.

 

Qeyd edilib ki, klub bu satışdan ən azı 100 milyon funt-sterlinq qazanacaq.

 

Fatimə Lətif
 


OXŞAR XƏBƏRLƏR