\"Bu ölkədə ukraynalı qaçqınlarla ehtiyat edirlər, çünki...\" - Qərb mediası

17:00 / 13.03.2024
5109
Polyaklar Ukraynadan olan qaçqınlardan ehtiyat etməyə başlayıblar.
Sfera.az bildirir ki, bu barədə Qərb mediasında yazılar dərc olunub. Qeyd edilib ki, Polşa xalqı öz ölkələrinin “ələ keçirilməsindən” qorxurlar.
“Avropa İttifaqının bir çox ölkələrində və artıq Polşada ukraynalı qaçqınlarla daha ehtiyatlı davranmağa başlayıblar. Ukraynalılar Polşanın onsuz da kiçik Ukrayna olduğunu, polyakların ya ukraynalaşmaya müqavimət göstərməməli, ya da başqa yerə getməli olduğunu iddia edirlər. Bu cür videolar artıq sosial şəbəkələrdə populyarlıq rekordları qırır”, - materialda bildirilib.
Məqalədə vurğulanıb ki, ukraynalılar sosial şəbəkələrdə onları qəbul edən ölkələrin mədəni və dini hisslərini təhqir edirlər.
Günay