Əhalinin qeyri-ərzaq xərcləri daha sürətlə artır – SƏBƏB

Əhalinin qeyri-ərzaq xərcləri daha sürətlə artır – SƏBƏB

Son illərdə əhalinin qeyri-ərzaq mallarının alışına xərclədiyi puldakı artım sürəti ərzaq mallarının alışına xərclənən puldakı artım sürətini xeyli qabaqlayır. 2021-ci ildə qeyri-ərzaq xərclərində artım 3,9 faiz olduğu halda ərzaq xərclərində artım 2,3 faiz, 2022-ci ildə ərzaq xərcləri 2,3 faiz artdığı halda, qeyri-ərzaq xərcləri 4 faiz, 2023-cü ildə isə ərzaq xərcləri 2,5 faiz artdığı halda qeyri-ərzaq xərcləri 5,2 faiz artıb.   


Sfera.az xəbər verir ki, bu dinamika 2024-cü ilin ilk 2 ayında da müşahidə edilib. İlk 2 ayda ərzaq xərclərində 2,1 faiz, qeyri-ərzaq xərclərində 5,2 faiz artım qeydə alınıb. 


Qeyri-ərzaq xərclərində belə yüksək artımın olması 3 mal qrupunda xərclərin daha sürətlə artması ilə bağlıdır. Azərbaycanda yaşayan əhali son illərdə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, avtomobil yanacağının və geyim məhsullarının alışını artırıb. 


Xərclərdə daha sürətli artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alışında müşahidə edilib. Bu məhsulların alışı hər il ən azı 5 faiz artır. Hətta bəzi illərdə bu məhsulların alışına xərclənən pulda artım 10 faizdən yüksək olub. Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alışına çəkilən xərc 2023-cü ildə 16 faiz, 2021-ci ildə 23 faiz, 2024-cü ilin ilk 2 ayında 32 faiz artıb.


Avtomobil yanacağına çəkilən xərcdə də ciddi artım var. Benzin və dizel yanacağının alışına sərf edilən pulun real həcmi ötən il 8,1 faiz, bu ilin yanvar-fevralında daha 8,1 faiz artıb. 


Əhali qeyri-ərzaq malları arasında ən çox pulu geyimə xərcləyir. Hər il milyardlarla manat məbləğində pul geyimin alışına sərf olunur. Geyim xərcləri 2023-cü ildə 5,5 faiz, bu ilin ilk ayında daha 5,5 faiz artıb. 


Əhalinin qeyri-ərzaq xərclərinin artmasının əsas səbəbini son illərdə kredit kartlarından istifadə edənlərin sayının artması ilə əlaqələndirmək olar. Kredit kartlarından istifadə etməklə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının, həmçinin geyim ləvazimatlarının dəyərini aylara bölməklə hissə-hissə ödəmək mümkündür. Bu imkanlar adıçəkilən məhsulların dövriyyəsinin artmasına şərait yaradır. 


Avtomobil yanacağına çəkilən xərclərin artması isə avtomobillərin sayının artması, eləcə də taksi fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Son illərdə ölkəmizdə avtomobillərin sayı 200 min ədəddən çox və ya 20 faiz artıb. 


Avtomobillərin sayının artması ilə yanaşı böyük şəhərlərdə taksi sifarişi operatorlarının mobil tətbiqindən istifadənin genişlənməsi taksi xidməti göstərən avtomobillərin də sayını artırıb. Bunların nəticəsində yollarda avtomobillərin hərəkət intensivliyi artıb ki, bu da yanacaq sərfiyyatına ciddi təsir göstərib. 
Mövcud şərtlərlə, yəqin ki, həm cari ildə, həm də qarşıdakı illərdə qeyri-ərzaq mallarının alışına çəkilən xərclərdə yüksək artım davam edəcək.

 
Vasif

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...