\"Baydenə və Amerika xalqına təşəkkür edirik\" - Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə təşəkkür edib.
Sfera.az bildirir ki, buna səbəb Vaşinqtonun Kiyevə 300 milyon dollarlıq hərbi yardım qərarı olub.
“Ukraynanın təcili artilleriya, tank əleyhinə silahlar və hava hücumundan müdafiə ehtiyaclarını qarşılayan 300 milyon dollarlıq hərbi yardım paketinə görə ABŞ Prezidenti Co Baydenə, onun administrasiyasına, Konqresə və Amerika xalqına təşəkkür edirik. 155 mm və 105 mm artilleriya sursatları, “Stingers”, “HIMARS” sursatları, tank əleyhinə sistemlər və digər avadanlıqlar döyüş meydanında və dinc şəhərlərin, infrastrukturun qorunmasında mühüm əhəmiyyət kəsb edir”, - o bildirib.
Ukrayna lideri əlavə edib ki, hər bir döyüş sursatı rus işğalçılarının gündəlik hücumlarına məruz qalan ukraynalıların həyatını xilas edir.
Günay