Bu ərəb klubu dünya rekorduna İMZA ATDI

İdman
13:31 / 13.03.2024
9980
Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası yeni dünya rekorduna imza atıb.
Sfera.az bildirir ki, dünən klub "Əl-İttihad"a qarşı AFK Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu keçirib.
"Əl-Hilal" oyunda 2-0 hesabı ilə qalib gələrək Liqanın yarımfinalına vəsiqəni təmin edib.
Bununla da klub ardıcıl 28 qələbə qazanaraq, yeni dünya rekorduna imza atıb.
2016-cı ildə qeydə alınan əvvəlki rekord ardıcıl 27 qələbə ilə Uelsin "Nyu Seints" klubuna məxsus idi.
Fatimə Lətif