İranın xarici işlər naziri İsraili yenidən BMT-yə şikayət etdi

İranın xarici işlər naziri İsraili yenidən BMT-yə şikayət etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin Təhlükəsizlik Şurasının sədri Kazuyuki Yamazakiyə göndərdiyi məktubda İsrailin "Fələstin xalqını tamamilə məhv etməyə çalışdığını" bildirib. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd İran Xarici İşlər Nazirliyinin Telegram kanalında yerləşdirilib.

 

“Bu cinayətkar rejim qəsdən Fələstin millətini və kimliyini tamamilə məhv etmək siyasəti yürüdür”, - Abdullahiyan iddia edib.

 

Bundan əvvəl Abdullahiyan Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnaməsinə veto qoymasını “əsrin diplomatik fəlakəti” adlandırıb. İran XİN rəhbəri bildirib ki, Qəzza zolağında davam edən "soyqırımına" görə Ağ Ev də məsuliyyət daşıyır. O vurğulayıb ki, bu baxımdan dünya Vaşinqtonu məsuliyyətə cəlb etməlidir.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR