Alimlər tədqiqat apardı: Dünyadakı ən yaşlı qadının uzunömürlülük sirri ortaya çıxdı

Alimlər dünyanın ən yaşlı qadını hesab edilən 117 yaşlı ispan qadın Maria Branas Moreranın hüceyrə nümunələrini tədqiq ediblər.
Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.
Xərçəng tədqiqatçısı Manel Estelier təxminən bir il əvvəl qadının ailəsi ilə əlaqə saxlayıb və ondan qan, sidik və tüpürcək nümunələri götürmək üçün icazə alıb.
"Biz heç vaxt 117 yaşında olan bir insanın hüceyrələri ilə məşğul olmamışıq. Bu, çox nadir haldır"-, alim deyib.
Estelier ümid edib ki, Maria Branas Moreranın bədəninin xüsusiyyətlərini öyrənmək onun uzunömürlülüyünün sirrini açacaq. Artıq ilk nəticələr əldə olunub. Məlum olub ki, qadının hüceyrələri onun həqiqi yaşından təxminən on yaş kiçikdir. Tədqiqatçı bunu onun genetikası və həyat tərzi ilə əlaqələndirib.
Maria Branas Morera özü iddia edir ki, 117 yaşına qədər necə sağ qaldığını bilmir: "Bu yaşa çatmaq üçün xüsusi bir şey etməmişəm".
İnci