\"Uşaqlara verdiyimiz bu şokoladın tərkibində...\" - Mütəxəssisdən valideynlərə XƏBƏRDARLIQ!

\

“Şokoladın tərkibində nəinki kakao yağından başqa yağ, ümumiyyətlə “bitki yağı” deyilən alternativ yağlar belə olmamalıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, əsl şokolad 100 faiz kakao yağından hazırlanmalıdır:

 

“Xüsusilə uşaqların yediyi məhsullara diqqət yetirilməlidir. Onlara bədən temperaturunda əriyən və əsl şokolad verilməlidir. Kakao yağı bədən istiliyindən aşağı temperaturda belə əriyə bilir. Buna görə də təkcə bu yağı ehtiva edən şokoladlara üstünlük verilməlidir. Mənşəyi məlum olmayan və şübhəli məhsullardan qaçmalıyıq. Təəssüf ki, işbazlar daha çox pul qazanmaq üçün insan sağlamlığını da təhlükə altına atırlar. Bu təhlükənin bir mənbəyi də şokolad əvəzinə satılan “kokolindir””.

 

Ekspert hər iki məhsul arasındakı fərqi belə izah edib:

 

“”Kokolin” ilə əsl şokoladın arasında fərq onların tərkibində olan inqrediyentlərdir. Belə ki, əsl şokoladın tərkibində süd, kakao yağı, kakao var. “Kokolin” adlanan zərərli şokoladda isə süd əvəzinə, süd zərdabı, kakao yağı əvəzinə marqarin, kakao əvəzinə, kakao tozundan istifadə olunur. Tərkibində şokoladın keyfiyyətinin müəyyən edilməsində mühüm rol oynayan kakao yağı olmadığı üçün bu məhsula “kokolin” deyilir. Bu, insan sağlamlığı üçün zərərli məhsuldur. “Kokolin”in hazırlanmasında istifadə olunan trans yağ bədən istiliyində ərimədiyi üçün insan sağlamlığına da mənfi təsir edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR