"YouTube" Azərbaycan üçün YENİLİK ETDİ: "İlk bir ay..." - AÇIQLAMA

Nəhayət, "YouTube", "Premium" abunəliyini Azərbaycan üçün də aktivləşdirib.

 

Sfera.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas bildirib.

 

O bildirib ki, bu abunəlik sayəsində reklamsız "YouTube" videoları izləmək və musiqiləri dinləmək, "YouTube" videosunu arxa planda açıq qoymaq, həmçinin, videoları yükləyərək, internet olmadan da izləmək mümkün olacaq.

 

“Qiymətlər isə Azərbaycana özəldir. Tələbələr üçün aylıq 3,89, fərdlər üçün 6,59, ailə paketi isə 12,49 dollar təşkil edəcək. İlk 1 ay pulsuz olacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR