Disleksiya nədir və əlamətləri hansılardır? - \"Beyin zədələnməsi, insult...\"

11:11 / 13.03.2024
9750
Disleksiya xüsusi öyrənmə əlilliyi olan qruplardan biridir və normal zəkaya malik fərdlərin oxu bacarıqlarında yaşanan çətinlik kimi müəyyən edilir.
Sfera.az xəbər verir ki, disleksiyası olan uşaqlar oxu bacarıqlarını əldə etməkdə və ya təkmilləşdirməkdə çətinlik çəkirlər. Bu, xalq arasında öyrənmə qüsuru olaraq bilinir.
Oxuma pozğunluğu olaraq müşahidə edilən disleksiya, sözləri yazmaqda və tez oxumaqda çətinlik və ya səhv tələffüz etmək başa düşülür. Disleksiyanın genetik və ətraf mühit faktorlarından qaynaqlandığı düşünülür.
Beyin zədələnməsi, insult və ya demens kimi səbəblərə görə sonradan yarana bilən disleksiya, beynin emal hissəsindəki problemlərdən qaynaqlanır. Disleksiya, əsasən, test nəticəsində aşkar edilir.
Ülkər Abdurahmanlı