\"Psixotrop dərmanların istifadəsindən sonra...\" - Putindən Zelenskiyə MESAJ

\

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti” telekanalına verdiyi müsahibədə Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib.

 

Sfera.az xəbər verir ki, o həmçinin Qərblə dürüst müqavilənin mümkünlüyündən danışıb və Moskva üçün zəmanətin nə olduğunu açıqlayıb.

 

Dövlət başçısı Rusiyanın danışıqlara hazır olması ilə bağlı sualı cavablandırarkən deyib ki, danışıqlar psixotrop dərmanların istifadəsindən sonra olan istəklərə əsaslanmamalıdır:

 

“Biz danışıqlara hazırıqmı? Bəli, biz hazırıq, ancaq psixotrop dərmanların istifadəsindən sonra hansısa istəklərə əsaslanmayan, necə deyərlər, yer üzündə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq”, - Putin bildirib.

 

O qeyd edib ki, Qərblə razılaşma məsələsində Rusiyanın ona uyğun gələn yazılı təminatlara ehtiyacı var.

 

“Bunu demək istəmirəm, amma heç kimə inanmıram. Bizə zəmanət lazımdır”, - Putin bildirib.

 

Prezident vurğulayıb ki, o hər kəsin etibar edə biləcəyi söhbətləri deyil, faktları rəhbər tutur və boş vədlərlə anlaşmayacaq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...