Oskar alan ulduzlar Fələstinə dəstək oldular - FOTO

Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə “Oskar” alan “Payızın anatomiyası” filminin aktyorları sinələrində Fələstin bayraqları ilə nüfuzlu kino mükafatlandırma mərasiminin qırmızı xalçasına çıxıblar.
Sfera.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
Bazar günü axşam Los-Ancelesdə keçirilən 96-cı Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film Akademiya Mükafatını qazanan "Maraqlı Zona" filminin rejissoru Conatan Qleyzer deyib:
“Bizim yəhudiliyimizi işğalçılar (İsrail) oğurlayıblar”.
Bundan əlavə, Billie Eilish, Ava DuVernay, Mark Ruffalo və Rami Youssef kimi bəzi Hollivud ulduzları Oskar qırmızı xalçasında Qəzza üçün atəşkəs nişanları ilə çıxıblar.
Rami Yusif müsahibəsində Qəzzalı uşaqların soyqırımının dayandırılmasının vacibliyini vurğulayaraq deyib:
“Biz Qəzzada daimi, dərhal atəşkəs və fələstinlilər üçün təhlükəsizlik, ədalət və sülh tələb edirik. Biz ancaq İsrail bombardmanı dayandıqda danışa bilərik.''
Qeyd edək ki, dünən “Oskar” mərasiminin başlamasına paralel olaraq Fələstin tərəfdarları mərasim zalının yaxınlığında nümayiş təşkil edərək Qəzzada sülh şüarları səsləndiriblər.
İnci