Avstriya Türkiyəyə silah satmaqdan imtina etdi
Dünya
10:56 / 25.11.2016
1245
Avstriya Türkiyəyə silah satışı ilə bağlı sanksiya tətbiq edib. Lent.az xəbər verir ki, "Kronen Zeitung” qəzeti Yaşıllar Partiyasının sözcüsü Peter Pilzə istinadən artıq Türkiyəyə satılan silahların Suriyada istifadə edilməyəcəyini yazıb.
Bildirilib ki, Türkiyədə məlum çevriliş cəhdindən sonra atılan siyasi addımlar Avropa ölkələrində böyük narazılıq yaradıb. Avstriya parlamentində qəbul edilən sənəd hökumət tərəfindən dəstəklənərsə Türkiyəyə silah və digər komponentlərin satışı tamamilə dayandırılacaq.