Sabah Bakının bu rayonunda qaz olmayacaq

Cəmiyyət
18:13 / 12.03.2024
9192
“Qaraçuxur” QPS-də “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Sfera.az “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.