"Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalı, ya da..." - Politoloqdan AÇIQLAMA

"Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını, digər açıqlamasında isə bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazım olduğunu bildirib".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

“Bu o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazilərdən keçir ki, Nikol Paşinyan onların yerinin dəyişdirilməsi zərurət olduğunu hesab edir. Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib. Çünki bu nağıla Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd” məsələsini Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atıb. O, Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir. Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalı, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə, ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ variant yoxdur. Erməni cəmiyyətini Rusiya hərbçilərinin İrəvandakı “Zvartnots” hava limanını boşaldacağına və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə hazırlayan Paşinyan, 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa özü və ölkəsi üçün faydalı olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...