Klubu uduzdu, Ronaldo azərkeşlərə bu cavabı verdi: "Yenidən..." 

Klubu uduzdu, Ronaldo azərkeşlərə bu cavabı verdi:

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının 1/4 finalında "Əl-Ayn"a uduzduqdan sonra sosial şəbəkələrdə azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

 

Sfera.az bildirir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib:

 

“Dəstəyiniz üçün təşəkkür edirik. Biz yenidən güclənməyin bir yolunu tapacağıq!” 

 

Xatırladaq ki, dünən “Əl-Nəsr” “Əl-Ayn”a penaltilər seriyasında uduzaraq (1:3) Asiya Çempionlar Liqasındakı iştirakını başa vurub. 

 

Qeyd edək ki, oyun zamanı Kriştiano Ronaldonun Əl-Nəsri önə keçmək üçün əla fürsəti olub, lakin forvard bu şansdan istifadə edə bilməyib.


Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR