“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA

“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA

Heç kimə sirr deyilki, bu gün baş verən ailədaxili konfliktlərin çoxu məhz qısqanclıq səbəbindən baş verir. Lakin qısqanclıq bəzən həddindən çox ola bilir. Bu da ciddi problemlərin yaranmasına səbəb olur.

 

Bəs çox qısqanclıq hansı problemləri yaradır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan klinik psixoloq Nərmin Xəlilova bildirib ki, qısqanclıq hissi bütün canlılarda mövcud olur.

 

“Qısqanclığın iki növü var. Normal və patoloji qısqanclıq. Patoloji qısqanclıq normal qısqanclığın daha üst səviyyəsidir. Bu cür insanlar ailə münasibətlərində, xüsusilə əks cinslə ünsiyyət zamanı çox ciddi problemlər yaşayırlar. Bu da özlüyündə ayrılığa və boşanmaya səbəb olur”.

 

Psixoloq qeyd edib ki, patoloji qısqanclıq genetik faktorlarla da əlaqəli ola bilir.

 

“Bir qisim insanlarda isə bu qısqanclığın yaranma səbəbi keçmişdə aldığı travma ilə əlaqəli ola bilir. Bu da qarşı cinslə normal münasibətin qurulmasına, ailə münasibətlərinin davam etdirilməsinə maneə yaradır. Patoloji qısqanclıqdan əziyyət çəkən insanlar partnyorunu öz yaxınlarına da qısqanır və görüşməklərinə icazə vermirlər, özgüvənsiz və özünü yetərsiz hiss edirlər. Olmayan ssenariləri beyinlərində qurub, həmin ssenariyə inanırlar. Qarşı tərəf bunu nə qədər inkar etsə də, partnyorunun yalan danışdığını düşünürlər”.

 

N. Xəlilova diqqətə çatdırıb ki, qısqanclığın bu növü, əsasən, şiddətlə nəticələnir.

 

“Qadın cinayətlərinin kökündə daha çox patoloji qısqanclıq dayanır. Bu qısqanclıq həm şəxsin özünə, həm partnyoruna, həm də digər insanlara ziyan verir. Bu problemlərin sağlam şəkildə həll edilməsi, münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Bu insanlar həyat keyfiyyətinin yüksəldilməsi üçün psixooloji dəstək almalıdırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...