"ÇL-də ən gənci bizim komandadır" - Nasser Al-Xelaifi

İdman
16:32 / 12.03.2024
5320
Nasser Al-Xelaifi PSJ ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, klub prezidenti komandanın inkişaf strategiyasından bəhs edib:
“Biz qarşıdakı altı-səkkiz il ərzində həqiqətən birlikdə oynaya biləcək bir komanda qurmaq istəyirik. Çempionlar Liqasının 1/4 finalına yüksələnlər arasında ən gənci bizim komandamızdır. Bu, bizi qürurlandırır”.
Qeyd edək ki, PSJ iki matçda “Real Sosyedad”ı məğlub edərək Çempionlar Liqasının 1/4 finalında iştirakı təmin edib.
Xatırladaq ki, PSJ Fransa çempionatının turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. İspaniyalı məşqçi Luis Enrikenin komandası 25 görüşdə 56 xal toplayıb. Növbəti oyunda parislilər Fransa kubokunun 1/4 finalında “Nitsa” ilə qarşılaşacaq.
Fatimə Lətif