Putindən seçkilərlə bağlı Qərbə XƏBƏRDARLIQ: "Düşmənçilik kimi qiymətləndirəcəyik"

Putindən seçkilərlə bağlı Qərbə XƏBƏRDARLIQ:

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ-ni Rusiyada bu həftəsonu keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və Vaşinqtonun elektron səsvermə sisteminə kiberhücumlar təşkil etməyi planlaşdırdığını bildirib.


Sfera.az xarixi KİV-ə istinadən xəbər verir ki, Rusiyada martın 15-17-də keçirilməsi planlaşdırılan seçkilərdə qalib gələcəyi gözlənilən Rusiya prezidenti Vladimir Putin xarici güclərin seçkilərə müdaxilə cəhdlərinin “düşmənçilik aktı” kimi qiymətləndiriləcəyi ilə bağlı Qərbə xəbərdarlıq edib.

 

SVR tərəfindən verilən açıqlamada bildirilib ki, onlar ABŞ Prezidenti Co Bayden administrasiyasının seçkilərə müdaxilə etmək niyyətində olduğuna dair məlumatlara sahibdirlər.

 

Bəyanatda aşağıdakı ifadələr də yer alıb:

 

“SVR-in əldə etdiyi məlumata görə, Co Bayden administrasiyası ABŞ-nin qeyri-hökumət təşkilatlarına seçkilərdə iştirak nisbətini azaltmağı tapşıracaq. ABŞ-nin aparıcı İT mütəxəssislərinin iştirakı ilə elektron səsvermə sisteminə kiberhücumların həyata keçirilməsi planlaşdırılır. Bu, rusiyalıların əhəmiyyətli bir hissəsinin səslərinin hesablanmasını qeyri-mümkün edəcək”.

 

Lakin SVR buna dair heç bir sübut təqdim etməyib. ABŞ isə hələlik ittihamlara cavab verməyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...