Klopp Qvardioladan danışdı: "Təqaüdə çıxandan sonra onunla..."

Klopp Qvardioladan danışdı:

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqqında danışıb.

 

Sfera.az bildirir ki, Klopp Qvardiola ilə dost ola biləcəyini bildirib:

 

“Biz təqaüdə çıxandan sonra dost ola bilərik. Mən padel oynayıram. Ola bilsin ki, o da padeli sevsin, çünki o, ispandır”.

 

Qeyd edək ki, alman mütəxəssis mövsümün sonunda "Liverpul"u tərk etmək qərarını açıqlayıb. O, 2015-ci il oktyabrın 8-də “mersisaydlılar”ın rəhbərliyinə keçib. Bu müddət ərzində 56 yaşlı mütəxəssis 8 kubok qazanıb.

 

Xatırladaq ki, martın 10-da İngiltərə çempionatının 28-ci turu çərçivəsində “Liverpul” evdə “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edib.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR