Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

"Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək Zvartnots beynəlxalq hava limanında xidmətini dayandıracaq". 

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

“Rusiya sərhədçilərinə göndərilən mesaj, ilk növbədə təşəkkür məktubudur. Bu məktubda 1 avqust 2024-cü il tarixi var. Məhz həmin gündən etibarən Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətlərini dayandıracaqlar”, - Ermənistan hökumətinin başçısı bildirib.

 

O qeyd edib ki, Rusiya sərhədçilərinin geri çəkilməsi siyasi proses deyil.

 

Martın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, onun ölkəsi Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətinin işini təmin etmək iqtidarındadır.Bundan əvvəl Ermənistan Rusiyaya rəsmi məktub göndərərək rus sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırmasını tələb edib.


Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyi üzrə alınması tələb olunmayan icazələrin siyahısı TƏSDİQ EDİLDİ

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan...

Milli Məclisin növbəti plenar iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin mayın 24-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələnin müzak...

Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyində OLDU

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub.   Sfera.az xəbər v...

Məşhur aktrisa sevgilisindən AYRILDI - FOTO

Türkiyənin məşhur aktrisası Ayça Ayşin Turan sevgilisi Mehmet Aslandan ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb. ...

5 mayda keçirilən imtahanların nəticələri AÇIQLANDI 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub.   Sfera.az-a bu barədə Dövl...

Avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, Bakı şəhər DYP İdarəsindən verilən məlumata...