Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

Paşinyan QƏRARINI VERDİ: Rusiya hərbçiləri xidmətini DAYANDIRIR

"Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək Zvartnots beynəlxalq hava limanında xidmətini dayandıracaq". 

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

“Rusiya sərhədçilərinə göndərilən mesaj, ilk növbədə təşəkkür məktubudur. Bu məktubda 1 avqust 2024-cü il tarixi var. Məhz həmin gündən etibarən Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətlərini dayandıracaqlar”, - Ermənistan hökumətinin başçısı bildirib.

 

O qeyd edib ki, Rusiya sərhədçilərinin geri çəkilməsi siyasi proses deyil.

 

Martın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, onun ölkəsi Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətinin işini təmin etmək iqtidarındadır.Bundan əvvəl Ermənistan Rusiyaya rəsmi məktub göndərərək rus sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırmasını tələb edib.


Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...