İllik inflyasiya 0,8 faizə düşüb – SON RƏQƏMLƏR

İqtisadiyyat
16:00 / 12.03.2024
5444
Azərbaycanda bu ilin fevralında illik inflyasiya səviyyəsi bir qədər də azalaraq 0,8 faiz olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin fevralında inflyasiya 2023-cü ilin fevralına nisbətən 0,8 faiz, qeyri-qida məhsulları üzrə 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,3 faiz artıb, ərzaq məhsullarında isə 0,8 faiz azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvarında illik müqayisədə inflyasiya 1,7 faiz olmuşdu. Fevraldakı göstərici bir ay əvvəlki göstərici ilə müqayisədə xeyli aşağıdır.
Vasif