Ərzaq qiymətləri illik müqayisədə azalıb – İlk dəfə

Ərzaq qiymətləri illik müqayisədə azalıb – İlk dəfə

Azərbaycanda son illərdə ilk dəfə olaraq yanvar-fevral dövründə ərzaq qiymətləri illik müqayisədə azalıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq qiymətləri bu ilin yanvar-fevralında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz aşağı düşüb. 


Ərzaq qiymətlərində illik müqayisədə azalma son illərdə ilk dəfə rast gəlinən haldır. Azərbaycanda ərzaq mallarının ucuzlaşmasına adətən mövsümi amillərin təsiri ilə rast gəlinir. Yay mövsümündə ərzaq qiymətləri adətən əvvəlki aya nisbətən enir. Lakin bu il ərzaq mallarında ucuzlaşma illik müqayisədə baş verib. 


Bunun səbəbini son bir ildə dünyada ərzaq qiymərlərinin enməsi ilə izah etmək olar. Son bir ildə qlobal səviyyədə ərzaq qiymətləri 10 faizdən çox dəyər itirib və bu hal tədricən Azərbaycanda da müşahidə edilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR