Paşinyanın İranla bağlı MƏKRLİ PLANLARI: “Tehran başa düşəcək ki..”

Paşinyanın İranla bağlı MƏKRLİ PLANLARI: “Tehran başa düşəcək ki..”

“Ermənistan İrana qarşı Qərbin hərbi-kəşfiyyat mərkəzi rolunu icra edəcək”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İrəvanın Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, paralel olaraq bu ölkədə kəşfiyyat orqanlarının fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarır. Ekspert bildirib ki, ABŞ, Fransa və digər ölkələrin hərbi və kəşfiyyat təlimatçıları Ermənistanda yerləşdiriləcək və onların əsas hədəfi Rusiya, o cümlədən İrandır:

 

“Ermənistan onlar üçün bu şəraiti yaradaraq öz siyasətini Vaşinqton və Parisə təslim edir. Rusiya və İran eyni platformada yer alırlar və hər iki ölkənin zəiflədilməsi Qərbin strateji planında var. Bu baxımdan Qərb İrana qarşı Ermənistan ərazisindən öz fəaliyyət imkanlarını genişləndirmək üçün istifadə edəcək. Bundan sonra İran tam nəzarət altında olacaq. Demək olar ki, Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək”.

 

M.Əsədullazadənin sözlərinə görə, Paşinyan hakimiyyəti İran rəsmilərini inandırmağa çalışır ki, Ermənistanda öz imkanlarını səfərbər edən Qərbin fəaliyyəti onlara deyil, Türkiyə və Azərbaycana qarşıdır:

 

“Tehran Ermənistandan İrana səfər edən yüksək çinli rəsmilərə xəbərdarlıq etməklə kifayətlənir. Zaman isə İranın əleyhinə işləyir. Bir müddətdən sonra Tehranda Ermənistanın necə təhlükəli olduğunun fərqində olacaqlar. İran başa düşəcək ki, Zəngəzur dəhlizinin açılması məhz onun təhlükəsizlik imkanlarına da cavab verir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...