Azərbaycanda bu şəxslərin nikahına qadağa QOYULA BİLƏR

Azərbaycanda bu şəxslərin nikahına qadağa QOYULA BİLƏR

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qohum nikahları ilə bağlı” bu gün təşkil edilən ictimai müzakirədə çıxışı zamanı Azərbaycanda nikahların bağlanmasına mane olan halların siyahısının genişləndirilə biləcəyini deyib. 


Sfera.az xəbər verir ki, B.Muradova bu məqsədlə Azərbaycanın “Ailə Məcəlləsi”nin 12-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsinin təklif olunacağını söyləyib. 


Həmin təklifə əsasən, baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi nəzərdə tutulur.


Bəs hansı hallarda ölkəmizdə nikahların bağlanmasına yol verilmir?


Bu məsələni “Ailə Məcəlləsi”nin 12-ci maddəsi tənzimləyir. Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən, yaxın qohumlar bir-birilə evlənə bilməz. Yəni valideynlə övladın, baba, yaxud nənə ilə nəvənin, doğma və ya ögey qardaş və bacıların nikahına yol verilmir. 


Bunlardan başqa övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, tibbi müayinədən keçməyən şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanması qanunla qadağan edilib.


Əgər təklif qəbul edilərsə, Azərbaycanda nənə və ya babası ümumi olan şəxslərin də nikahına yol verilməyəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Prezident İran səfirliyində oldu - YENİLƏNDİ

Prezident İlham Əliyev mayın 21-də İranın Azərbaycandakı səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hü...

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

Milli Məclisin bugünkü iclası başa çatıb. Növbəti plenar iclas mayın 24-nə təyin olunub.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin səd...

İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi 

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin xatirələri Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.   Sfera.az xəbər verir ki...

İran prezidentinin qəzaya düşmə anı - VİDEO

İran Prezidenti Rəisini aparan helikopterin qəzaya uğradığı anın görüntüləri yayılıb.   Sfera.az musavat.com-a istinadən bildirir ki, iddiaya görə ha...

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

“Digər ölkələrlə yolların və körpülərin artırılması vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat S...

17 yaşlı reper özünü güllələdi - FOTO

ABŞ-nin Virciniya Ştatının Suffolk bölgəsində yaşayan 17 yaşlı reper Rylo Huncho tapança ilə oynayarkən təsadüfən özünə atəş açıb. O, atəş nəticəsində ...