Putinin əmisi oğlu vəfat etdi - FOTO

Putinin əmisi oğlu vəfat etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putinin əmisi oğlu Yevgeni Putin vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "IvanovoNews" portalı məlumat yayıb.

 

Fevralın sonunda Yevgeni Putinin 91 yaşı tamam olub. Yevgeni Mixayloviç və Vladimir Putinin ataları qardaş olublar.

 

Hazırkı dövlət başçısının qohumu martın 10-da dəfn edilib. Yevgeni Putin uzun müddət İvanovoda uroloq işləyib. Daha sonra Suzdaldakı oğlunun yanına köçüb .

 

Nəşr Rusiya prezidentinin qohumu ilə bağlı başqa məlumat verməyib.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR