“Neftçi” – “Qarabağ” matçının vaxtı müəyyənləşdi

“Neftçi” – “Qarabağ” matçının vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

 

Sfera.az-ın məlumatına görə, qarşılaşmalar aprelin 2-də və 3-də gerçəkləşəcək.

 

İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcəklər. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.

 

Azərbaycan Kuboku
 

Yarımfinal
2 aprel (çərşənbə axşamı)

 

20:00. “Neftçi” – “Qarabağ”
“Neftçi Arena”

 

3 aprel (çərşənbə)

 

19:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu


OXŞAR XƏBƏRLƏR