"Sürücüləri əraziyə daxil olan kimi cərimə edirlər" - Deputatdan "28 May"dakı qadağa ilə bağlı SƏRT AÇIQLAMA

“Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşmadır”.
Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev "28 May" metrosunun qarşısına avtomobillərin girişinin bağlanması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının sözügedən qərarı təqdirəlayiqdir, amma hələ yenidir.
“Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Cərimə yazmaq heç düzgün yanaşma deyil”, - millət vəkili əlavə edib.
Qeyd edək ki, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən "28 May" metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanır. Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.
Xatırladaq ki, bundan əvvəl isə Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Günay