"Hətta fəxr edirlər ki, ancaq öz qohumları ilə ailə qururlar" - Rüstəm Qasımov

"Qohum evlilikləri cəmiyyətin problemi olmaqla yanaşı, həm də həm strateji problemdir".

 

Sfera.az xəbər verir ki, bunu “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov deyib. 

 

"Əgər bu gün bizdə bu kimi halların yaranma dərəcəsi artsa, bu bizim gələcək nəslimizə mənfi təsir edər. Həm xəstə, həm əlil olaraq doğulmuş uşaq təkcə özü əziyyət çəkmir, eyni zamanda, ailəsi üçün də maddi və mənəvi problemidir. Bu məsələnin ciddi aktual olduğunu qəbul edirik. Bu, dünyada yayılmış problemdir. Bəs qarşısını almaq üçün biz nə edək? 


Təəssüf ki, biz qəbul edirik ki, bu, kifayət qədər yayılmış hadisədir. Bunun sosial yükü də var. Səbəblər barəsində çox danışmaq olar. Hamı istəyir ki, tanıdığı insanla ailə qursun. Bəzi yerlərdə hətta fəxr edirlər ki, ancaq öz qohumları ilə ailə qururlar. Biz 3 və 4-cü qohumluq dərəcəsi olan insanların nikahının qadağan edilməsini müzakirə etməliyik.Uzun illərdir ki, maarifləndirmə aparılır. Nikah zamanı tibbi müayinədən keçmək bir az kömək etsə də, problem hələ də qalır. Məsələdə dövlət qabağa çıxıb cəmiyyəti arxasınca çəkməlidir".

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...