Bu peşə sahiblərinə ehtiyac artdı, maaşlar 1200 dolları ötdü

Bu peşə sahiblərinə ehtiyac artdı, maaşlar 1200 dolları ötdü

Rusiyada kuryerlərə tələbat bu ilin qışında 2022-2023-cü illərin eyni dövrü ilə müqayisədə 34 faiz artıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Rabota.ru xidmətinin analitikləri yayıb. 


Analitiklərin araşdırmasına əsasən, kuryer peşəsinə tələb artdığından bu sahədə çalışanların əməkhaqlarında da yüksəlmə baş verib. Kuryer peşəsi üçün təklif olunan orta əməkhaqqı 38 faiz artaraq ayda 112 min rubl (1244 dollar) həddini aşıb. 


Analitika və Məlumat Elmi xidmətinin direktoru Elena Artemyevanın TASS-a verdiyi şərhə əsasən, Rusiyada son bir neçə ildə kuryerlərə tələbat hər ay artıb. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Kuryerlərə tələbatın artması ənənəvi olaraq bayram günləri ilə bağlıdır. Xüsusən də Yeni il öncəsi və sonrasında, eləcə də fevral və mart aylarında qeyd edilən xüsusi günlərlə bağlıdır”. 


O qeyd edib ki, Rusiyada kuryerlərə artan tələbat logistika sənayesində kadr çatışmazlığı fonunda baş verir. Bu amil imkan verir ki, kuryerlərin maaşlarında da ciddi artıma gedilsin. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...