Nikolas Maduro Zelenskini TƏHQİR ETDİ: "Zərərli təlxəkdir..."

"Volodimir Zelenski zərərli təlxəyə bənzəyir".
Sfera.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib .
“Zelenski pis danışmağa, Papanı təhqir etməyə başlayır... O mənə Quaido (Venesuela müxalifət lideri-red) qədər kobud və məğlub, xalqı üçün zərərli olan təlxək kimi görünür”, – Venesuela lideri qeyd edib.
N.Maduro Ukraynada sülhə çağırış edən Papa Fransiski dəstəkləyib və orada baş verənləri böyük təxribat adlandırıb.
Xatırladaq ki, martın 9-da Roma Papası Ukraynanın Rusiya ilə münaqişədə təslim olma ehtimalını qiymətləndirib. Papa Kiyev və Moskvanı dialoqa başlamağa çağırıb, həmçinin, uduzan tərəfin güc tapıb “ağ bayraq” ucaltmasının vacibliyinə diqqət çəkib.
Bir gün əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin ağ bayraq qaldırıb danışıqlar masasına əyləşmək çağırışını rədd edib.
Qeyd edək ki, Roma Papası bundan əvvəl Ukraynada münaqişənin sonunun görünmədiyini bildirib.
Əzizə Zeynal