Bu içkini yatmazdan əvvəl içməyin - Həkimdən XƏBƏRDARLIQ

Süd bəzi insanlarda mədə yanması, qaz və mədə narahatlığına səbəb olduğu üçün yatmazdan əvvəl istehlak edilməsi tövsiyə edilmir.
Sfera.az xəbər verir ki, Teesside Universitetinin ( Böyük Britaniya ) tərcümə klinik və tibbi tədqiqat professoru Con Yanq "Daily Mirror"a müsahibəsində bu barədə xəbərdarlıq edib.
Mütəxəssis aydınlaşdırıb ki, laktoza dözümsüzlüyü, irritabl bağırsaq sindromu və ya turşu reflyusu olan insanlar yatmazdan əvvəl məşhur içkidən uzaq durmalıdırlar. O izah edib ki, onlar yuxuya mane olan xoşagəlməz simptomlarla daha çox qarşılaşırlar. Mütəxəssis əlavə edib ki, süd sağlam insanlara zərər vermir.
Həkim, bir çox insanın bir stəkan südün yuxunu yaxşılaşdıra biləcəyinə inandığına da diqqət çəkib. Lakin onun sözlərinə görə, elmi baxımdan bunun sübutu şübhəlidir. Gecə yaxşı yatmaq gün ərzində yediklərimiz, həmçinin fiziki fəaliyyət və günəş işığına məruz qalmağımızdan daha çox təsirlənir.
“Yuxuya getməyin və yaxşı gecə yuxusunu qorumağın ən yaxşı yolu səhər yeməyində yumurta və ya sıyıq kimi triptofanla zəngin qidalar yeməkdir”, - professor deyib.
İnci