Bu brendi yapışqan rulon şəklində olan qolbağı 3 min evroya təqdim etdi

Bu brendi yapışqan rulon şəklində olan qolbağı 3 min evroya təqdim etdi

“Balenciaga” brendi qeyri-adi aksesuarları ilə izləyicilərinin  diqqətini daim cəlb edir.

 

Sfera.az bildirir ki, “Ballenciaga” daha bir yeni məhsul ilə hər kəsi şok edib. Marka 2024-cü ilin payız/qış aylarından qiyməti təxminən 3 min avro olan yapışqan lent şəklində “Gaffer Bangle” qolbağını təqdim edib. 

 

Sözügedən qolbaq adi bir rulon şəffaf lentə bənzəyir.


Onun brendin məhsulu olduğunu bildirən yeganə şey üzərində təkrarlanan “Balenciaga” yazısıdır.
İnternet istifadəçiləri böyük moda evinin adi bir məişət əşyasını ironik qəşəng aksessuara çevirməsindən şoka düşüblər. Çoxları markanın yoxsulluğu estetik hala gətirməyə çalışdığını bildirib.


Şərhlərdə: 

 

"Varlı insanlar özlərini çox yoxsul hiss etmək istəyirlər", "Balenciaga” hər il zibil qutusunu kolleksiya adı ilə bizə atır", "And içirəm ki, bu marka bütünlükdə böyük daxili zarafatdan ibarətdir" yazıblar.


Qeyd edək ki, brendin gündəlik əşyaları dəbli seçimlərə çevirməsi ilk dəfə deyil. 2022-ci ildə brend payız/qış kolleksiyası üçün "dünyanın ən bahalı zibil çantasını" təqdim edib.


İnək dərisindən ibarət bu zibil torbasının buraxıldıqdan sonra qiyməti təxminən 1790 dollar olub.


Layihə müəllifi isə moda evinin kreativ direktoru Demna Qvasaliya olub. 

 

Elə həmin il brend 1850 dollar dəyərində cırıq və çirkli idman ayaqqabısı da buraxaraq qəzəb doğurmuşdu.

 

2022-ci ilin noyabrında moda evi iki mübahisəli kampaniyaya görə qalmaqal və güclü reaksiya ilə üzləşdi: birində uşaqların BDSM temalı oyuncaq ayıları olan çantaları reklam etmiş, digərində isə uşaq pornoqrafiyası qanunları ilə bağlı SCOTUS sənədləri fonda istifadə edilmişdi.


"Bu, mənim böyük səhvim idi. Bu obyektləri şəkilə qoymağın, əsasən də ortada bir uşağın olmasının nə qədər yersiz olacağını başa düşmədim. Təəssüf ki, bu, yanlış fikir və lazımsız qərar idi. Gərək uşaqları onlara aid olmayan və uyğun gəlməyən obyektlərdə göstərməzdilər."

 

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...