“Oskar” qalmaqalı - Məşhur aktyor səhnəyə çılpaq çıxdı - FOTOLAR

Amerikalı aktyor və güləşçi Con Cena (John Cena) “Oskar” mükafatlandırma mərasimində səhnəyə tamamilə çılpaq çıxmaqla, tamaşaçıları şoka salıb. Maraqlısı isə odur ki, bu formada o, ən yaxşı kostyum dizaynı kateqoriyasında qalibi elan edib.
Sfera.az bildirir ki, aktyor Con Cena səhnəyə tamamilə çılpaq qaçaraq, üzünü “Ən yaxşı kostyum dizaynı” yazısı olan zərflə örtüb.
Mərasimdə 50 il əvvəl “Oskar” mükafatlandırılması zamanı ə baş vermiş qalmaqalı xatırladılıb. Daha sonra heykəlciklərin təqdimatı zamanı fotoqraf və LGBT hərəkatının fəalı Robert Opel səhnəyə çıxıb.
Bir az sonra Oskardakı “çılpaq” məqam təkrarlanıb və amerikalı aktyor Con Cena kateqoriyalardan birində qalibi elan etmək üçün səhnəyə çıxıb. Qalibin adı yazılmış zərfi üstünə tutub.
“Yazıq kasıb” filminin dizaynerləri də “Oskar” alıblar.
Con Cena haqqında
Con Feliks Entoni Cena amerikalı güləşçi, kino aktyoru və keçmiş repçidir. Cena MMA tarixində ən çox dünya titulunu qazanan bütün zamanların ən populyar güləşçilərindən biridir. Cenanın kino karyerası “The Marine” (2006) filmi ilə başlayıb. O, həmçinin “Komplekssiz qız” (2015), “Ferdinand” (2017) və “Bambıl” (2018), “Sürətli və Qəzəbli 9” filmlərində rol alıb. Bundan əlavə, o, “İntihar dəstəsi” və “Mission Bang Bang" (hər ikisi 2021) filmində, həmçinin "Sülhməramlı" serialında (2022) Sülhməramlı obrazını canlandırıb.
Aysel
Sfera.az