170 kiloqramlıq pələngi əməliyyat etdilər - Hamı risk altında idi

Böyük Britaniyanın Vinçester yaxınlığındakı Marvell Zooparkında 170 kq çəkisi olan Baqai adlı Sibir pələnginin 9 sm uzunluğunda dişlərindən birinin qırıldığını görən zoopark işçiləri ciddi təşvişə düşüb. Pələngin 11 yaşının və səhhətindəki mövcud problemləri nəzərə alaraq, onu anesteziya altına almaq və dişini müalicə etmək qərarı heç də asan verilməyib.
Sfera.az bildirir ki, bu, hamı üçün riskli olsa da, pələngi sağlamlığına qovuşdurmaq üçün zəruri olub.
Olduqca vöyük və qocalmış bir pələng üzərində belə bir əməliyyatın aparılması müəyyən çətinliklər və risklərlə əlaqələndirilirdi.
Heyvan necəsə böyük dişlərindən birini qırıb ki, bu da qeyri-adi cərrahi müdaxilə tələb edirdi. Pələngin yaşı əməliyyatı ciddi şəkildə çətinləşdirib.
Əməliyyatda həkim Elise Summerfield-Smithin rəhbərlik etdiyi təcrübəli baytarlar qrupu iştirak edib. Diş həkimi qrupu problemi həll etməyə çalışıb. Baqainin dişini xilas etmək üçün hərtərəfli kanal müalicəsi həyata keçirilib. Onlar çürük pulpasını dişdən çıxararaq boşluğu doldurub, daha da çürümənin qarşısını alıb və dişin funksionallığını bərpa edə biliblər. Bu prosedur son dərəcə vacib idi.
Çünki böyük və qocalmış pələng üzərində belə bir əməliyyatın aparılması orqanizmin gözlənilməz reaksiyasından anesteziyaya qədər böyük risk deməkdir. Bundan əlavə, müalicə olmayan dişdən yayıla biləcək infeksiya gələcəkdə müəyyən çətinliklərlə qarşı-qarşıya olmaq deməkdir. Həm də, heç kim anesteziyadan oyanan Baqainin özünə və başqalarına zərər verməyəcəyinə zəmanət vermirdi.
Dr Summerfield-Smit bu cür həssas proseduru yerinə yetirərkən komanda işinin, ünsiyyətin və texniki bacarığın vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, həkim komandasının səyləri sayəsində Baqai diş sınağından fəsadsız çıxa bilib. Artıq Baqainin sağlamlığı və dişləri təhlükə altında deyil. Uğurlu əməliyyat Baqayın problemlərini aradan qaldırmaqla yanaşı, zoopark sakinlərinin qayğısına necə qalındığını nümayiş etdirdi.
Aynil
Sfera.az