Tikinti materialları olan anbarda güclü yanğın baş verdi - FOTO

Tikinti materialları olan anbarda güclü yanğın baş verdi - FOTO

Bu gün Rusiyanın paytaxtı Moskvanın Rodniki ərazisində tikinti materialları olan anbarda yanğın baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, yanğın 1000 kvadratmetrə yaxın ərazini əhatə edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tələfat yoxdur.

 

Sonradan məlum olub ki, anbarda baş verən yanğın zamanı dam örtüyü uçub. Bundan əlavə, yanacaq və sürtkü ilə dolu konteyner 400 kvadratmetr əraziyə dağılıb və alovlanıb. 

 
Həmçinin, xilasedicilərin sözlərinə görə, yanğın qonşu inzibati binaya də (100 kv.m əraziyə) keçib. Havadakı zərərli maddələrin ölçülməsinə nəzarət etmək üçün hadisə yerinə səyyar laboratoriya göndərilib.

 

Saat 11:30-da (Bakı vaxtı ilə) Fövqəladə Hallar Nazirliyi yanğınsöndürənlərin yanğını lokallaşdırmağa müvəffəq olduğunu, yanğının ümumi ərazisinin 970 kvadratmetr olduğunu bildirib.

 

Rusiyanın “SHOT” nəşrinin məlumatına görə, yanğın söndürülməmiş siqaret kötüyü səbəbindən baş verib.

 

"Ətrafında benzin, boya və taxta məmulatları olan qablar olmasına baxmayaraq, işçilər mütəmadi olaraq anqarda siqaret çəkirdilər. Yanğın zamanı içəridə 8 nəfər qalsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb".

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...