İsrail HƏMAS üzərində tam qələbə çalmaq yolunda olduğunu açıqladı

İsrail Fələstinin HƏMAS hərəkatı ilə münaqişədə mütləq qələbə yoluna qədəm qoyub.
Sfera.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu deyib.
“Biz tam qələbə yolundayıq. Biz hamıya çatacağıq”, - deyə hökumət başçısı HƏMAS rəhbərliyinə istinad edərək bildirib.
O əlavə edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail əsgərləri Fələstin hərəkatının dördüncü mühüm şəxsini öldürüblər.
"Eyni zamanda, HƏMAS-ın birinci, ikinci və üçüncü şəxsləri “artıq yoldadır”,-Netanyahu vurğulayıb.
Martın 7-də İsrailin baş naziri bildirib ki, ölkə hakimiyyəti döyüş zonasını genişləndirməyi planlaşdırır. Onun dediyi kimi, yəhudi dövlətinin Qəzza zolağında apardığı hərbi əməliyyat tezliklə Rəfah şəhərinə də təsir edəcək.
Əzizə