Şahzadə iki aydan sonra hər kəsə sağaldığını göstərən şəkil paylaşdı

Şahzadə iki aydan sonra hər kəsə sağaldığını göstərən şəkil paylaşdı

Kral ailəsinin pərəstişkarları Keyt Middltonun uzun müddət ictimaiyyət qarşısında olmamasından narahatdırlar. Buna görə də onun haqqında hər hansı yeni məlumat müzakirə obyektinə çevrilir.

 

Sfera.az xəbər verir ki, Analar Günündə Uels şahzadəsinin rəsmi hesabında görünən və hər şeyin qaydasında olduğunu aydınlaşdırmaq məqsədi daşıyan 
foto nəinki pərəstişkarlarının sevincinə səbəb olub, həm də fotoşəkilin həqiqiliyi ilə bağlı çoxlu suallar yaradıb.

 

Keyt Şahzadə Uilyamın Vindzordakı evində çəkdirdiyi fotoda hər üç övladı - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui ilə poza verib.

 

"Son iki ay ərzində xoş arzularınıza və sonsuz dəstəyinizə görə hər birinizə təşəkkür edirəm. Hər kəsin Analar Gününü təbrik edirəm". 

 

Ancaq bir çoxları fotonun redaktə edildiyini hiss edib. Xüsusilə, pərəstişkarlar Şahzadə Şarlottanın sol qolu və ətəyinin nahiyəsində uğursuz eskiz izlərinin göründüyünü bildirib. Fotonun həqiqiliyinə şübhə edənlər də olub. Şəklin tamamilə redaktə edildiyinə inananlar Şahzadənin səhhətinin dediklərindən daha pis olduğundan narahatlıq keçiriblər.


Sui-qəsd nəzəriyyəçilərindən, istifadəçilərdən o qədər çox şərh gəlib ki, Keyt hətta bir açıqlama vermək məcburiyyətində qalıb. O, bir çox təcrübəsiz fotoqraflar kimi şəkilləri redaktə edərkən bəzi səhvlərə yol verdiyini izah edib.

Öz növbəsində bədən dili üzrə mütəxəssis Cudi Ceyms də fotonu dəyərləndirib: 

 

"Burada davamlılıq, rahatlıq, xoşbəxtlik və hətta getdikcə yaxşılaşan səhhət haqqında həvəsləndirici bir mesaj, həmçinin ümumi emosiyaları əks etdirən aura var. Pozanın özü, üslub və rənglər qəsdən ənənəvi seçilib. Bu, Uelslilərin əvvəllər çəkdirdiyi şəkil növüdür: mavi, yaşıl və bənövşəyi trikotaj, həmçinin “Fairisle” adlı damalı şotland parça birləşməsi. Bu, şükür ki, nizam və davamlılığın olduğunu, hər şeyin bərpa olunduğunu göstərir”- deyə o bildirib.


Qeyd edək ki, Kensinqton Sarayı iki dəfə Şahzadə Keytin səhhəti ilə bağlı yeniləmələr təqdim etməli olub. Çünki Şahzadənin qarın əməliyyatından sonra uzun müddət yoxluğu suallar yaratmağa başlamış, bir çox şaiyələrin yayılmasına səbəb olmuşdu. 

 

Keyt isə bu yaxınlarda anasının idarə etdiyi avtomobildə görüntülənib. Çoxlarına elə gəlirdi ki, şahzadə həmişəkindən fərqli olub.

 

Rəsmilər tibbi məxfiliyə görə Keyt Middletonun səhhəti ilə bağlı əlavə məlumat verməkdən imtina etsələr də, kral köməkçiləri onun yaxşı olduğunu təkid ediblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...