Makronun müttəfiqləri onu hədəfə alır - Səfərlər təxirə salındı...

Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfərini təxirə salıb.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb.
Son həftələrdə Makron anti-Rusiya ritorikasını gücləndirdi, müttəfiqlərini, xüsusən də Almaniyanı qıcıqlandırdı. Makron ötən həftə Rusiyanın Ukraynaya təcavüzü qarşısında Avropanın “qorxaq” olmamalı olduğunu deyib.
Qəzet həmçinin diplomatik mənbəyə istinadən yazıb ki, Makron hazırda Avropa İttifaqındakı ( Aİ ) müttəfiqləri ilə məsləhətləşmələr aparır. Fransa lideri Ukraynaya “məqbul nəticələrlə” səfər etmək üçün mövqelərinin möhkəmlənməsinə nail olmaq istəyir. Ehtimal olunur ki, söhbət Çexiyanın Aİ hüdudlarından kənarda silah almaq təşəbbüsünü dəstəkləməkdən gedir.
Bundan əvvəl Aİ-nin Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatının alınması üçün ikitərəfli razılaşmalar vasitəsilə Çexiyaya pul göndərmək planları barədə məlumat yayılmışdı. Praqanın icmadan kənar ölkələrdən 500 min 155 mm çaplı mərmi və 300 min 122 mm kalibrli mərmi almaq təşəbbüsü Fransa tərəfindən dəstəklənib.
İnci