Konqres HƏRƏKƏTƏ KEÇDİ - “TikTok” ABŞ-də tamamilə qadağan olunacaq

Konqres HƏRƏKƏTƏ KEÇDİ - “TikTok” ABŞ-də tamamilə qadağan olunacaq

“TikTok”un ABŞ-də tamamilə qadağan olunmaq təhlükəsi var.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, “TikTok” istifadəyə verildiyi vaxtdan bəri 7 ildən çox müddət ərzində ABŞ-də 170 milyondan çox istifadəçiyə çatıb və “ByteDance”ın Çindən kənarda ən böyük auditoriyasına çevrilib.

 

Video paylaşma proqramının populyarlığı siyasətçilər, məxfilik müdafiəçiləri və təhlükəsizlik agentlikləri arasında narahatlıq yaradıb.

 

FTB keçən il xəbərdarlıq etmişdi ki, “ByteDance”ın Çin hökuməti ilə əlaqələri səbəbindən “TikTok” zərərli təbliğat yaymaq üçün istifadə edilə bilər.

 

ABŞ artıq “TikTok”a qismən qadağa qoyub. Bu qadağa ilə yanaşı, müxtəlif federal və əyalət qaydaları hökumət rəsmilərinin və hərbi qulluqçuların proqramdan rəsmi cihazlarda istifadəsinə mane olur.

 

ABŞ Konqresinin Nümayəndələr Palatası gələn həftə Çinin “ByteDance” şirkətinə “TikTok” video proqramından ayrılması üçün altı ay vaxt verən qanun layihəsinə səs verəcək, əks halda komitənin yekdilliklə qanunu təsdiqləməsindən sonra proqram ABŞ-də qadağan oluna bilər.

 

Firuzə Əliyeva


 


 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...