Ölüm xəbəri yayılan ulduz futbolçunun qardaşı: "Sizin ailəniz yoxdur?"

Ölüm xəbəri yayılan ulduz futbolçunun qardaşı:

"Futbolçu Dani Alveşin həbsxanada intihar etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".

 

Sfera.az xəbər verir ki, bunu futbolçunun qardaşı Ney Alveş bildirib.

 

O, qardaşına və ailəsinə səbr diləyib:

 

"Allah sənə can sağlığı versin, qardaşım. Ümid edirəm, bəşəriyyətin zülmünə qalib gəlib dözə biləcəksən. Allah sənin və ailəmizin həyatına mərhəmət etsin".

 

Futbolçunun qardaşı əsassız məlumatları yayanlara səslənib:

 

"O, artıq həbsdədir, mühakimə olunub. Bu, sizin üçün kifayət deyilmi? İndi də onun ölməsini istəyirlər. Necə də qəddar insanlar var! Atamın yaşı 70-i, anamın isə 60-ı ötüb. Sizin ailəniz yoxdur?"

 

Xatırladaq ki, Barselona şəhərində 23 yaşlı qadına qarşı cinsi zorakılıqda ittiham olunan Daniel Alveş 4,5 illik həbsə və 150 ​​min avro təzminat ödəməyə məhkum edilib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR